Çeçenistanın başçısı Ramzan Kadırov Rusiyada aparılan sərt antimiqrasiya tədbirlərinə etiraz edib.
Qarabaginfo.az bildirir ki, Kadırov bu barədə paylaşımında bıyan edib.
“Ölkəmizdə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı sürətlə inkişaf edən vəziyyəti diqqətlə izləyirəm. Görülən tədbirlərdən bəziləri ən azı məyusedicidir. Hiss olunur ki, kimsə məqsədli şəkildə Rusiyanı qonşu qardaş regionlara qarşı qoyur”-deyə o yazıb.
Kadırov aparılan tədibləri “iyrənc” adlandırıb: “Miqrasiya siyasəti dəyişdirilsə, bu, belə iyrənc bir şəkildə olmamalıdır. Kim əllərinə keçdi tuturlar. Son vaxtlar bu hadisələr çox sərt şəkildə həyata keçirilir”.
Çeçenistan başçısı deyib ki, müzakirə olunan problem başqa ölkə vətəndaşlarının kütləvi şəkildə qovulması ilə həll edilə bilməz: “Bu problem ölkəmizə gələn insanların günahı üzündən yaranmayıb. Cəmiyyətdə miqrantlara qarşı nifrət yaratmaqla yaxşı heç nəyə nail olmayacağıq, əksinə, vəziyyəti daha da pisləşdirmiş olacağıq”.
R.Kadırov mqirasiya təqiblərini dayandırmağı tələb edib: “Sizi bu orta əsr yanaşmalarından əl çəkib məsələnin məqsədyönlü həlli üzərində işləməyə çağırıram”.