Saytımızı qiymətləndirin


 
 

SSRİ belə xatırlanır - Qırmızı qalstuk, repressiya və daha nələr...
Tarix: 30-12-2022 | Saat: 16:09
Bölmə:Karusel | çapa göndər

SSRİ belə xatırlanır - Qırmızı qalstuk, repressiya və daha nələr...

 

30 dekabr 1991-ci il Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) rəsmi şəkildə ləğv olunduğu gündür.

 

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Sovetlərin dağılmasının ildönümü ilə bağlı Rusiyada sorğu keçirilib.

 

Əhalinin keçmiş quruluşla bağlı fikirləri öyrənilib.

 

Sorğu iştirakçılarının 16 faizi SSRİ-ni stabillik və sabaha əminliklə xatırlayıb. Respondentlərin 15 faizi SSRİ-ni uşaqlıq, gənclik və yaxşı illərlərlə assosiasiya edib. 13 faiz iştirakçılar isə sovetlərin xalqlar dostluğu və birliklə yadda qaldığını bildirib. İttifaqı böyük güclə, ucuz məhsullarla, ədalət və müdafiə ilə yadda saxlayan iştirakçı qruplarının hər biri ayrılıqda 5 faiz təşkil edib.

 

SSRİ haqqında mənfi fikirdə olanlar da var. Respondentlərin 4 faizi o illəri qıtlıq, növbələr və ərzaq vərəqələri ilə xatırladığını etiraf edib. Pionerlər və qırmızı qalstukları, eləcə də stabil maaşla yadda saxlayan qrupların hərəsi 4 faiz olub.

 

SSRİ deyəndə ağlına repressiya və totalitarizm gələnlər 3 faiz təşkil edib. Pulsuz və keyfiyyətli təhsil deyənlər isə cəmi 6 faiz olub. Respondentlərin 2 faizi SSRİ-ni Stalinlə xatırladıqlarını söyləyib.

 

Qürurlu ölkə, iqtisadi inkişaf və sənayeləşmə, Böyük Vətən Müharibəsi ilə SSRİ-ni yaddaşlarına birgə həkk edənlər isə hərəsi 3 faiz təşkil edib.

 

Respondentlərin 58 faizi SSRİ-nin dağılmasına təəsüfləndiyini, 20 faizi onu arzulamadıqlarını, 13 faizi isə onlar üçün fərqi olmadığını bildiriblər. 9 faiz isə suala cavab verməkdə çətinlik çəkib. Sorğu iştirakçılarının 48 faizi SSRİ-nin tezliklə bərpasını, 37 faizi bunun əksini istəyib. 15 faiz isə cavab verməkdən yayınıb.



Xəbəri paylaş

121 dəfə oxunub.

Digər xəbərlər
17-02-2023, 12:15 ANSPRESS yenidən AÇILDI