Saytımızı qiymətləndirin


 
 

Muxtar Məmmədov İsrailə səfir təyin olunub - KİV
Tarix: 30-12-2022 | Saat: 11:51
Bölmə:Karusel | çapa göndər

Muxtar Məmmədov İsrailə səfir təyin olunub - KİV

 

İsrail mətbuatında Azərbaycanın bu ölkəyə səfir təyin etməsilə bağlı məlumatlar yayılıb.

 

Qarabaginfo.az xəbər verir ki, "The Times of Israel" nəşrində bu barədə yazı dərc olunub.

 

Yazıda bildirilib ki, Azərbaycanın elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Təl-Əvivə səfir təyin olunub.

 

Yeni səfirin nazir müavini kimi İsrail və Azərbaycan arasında elm və təhsil sahəsində birgə layihələrin icrasında rolu yüksək qiymətləndirilib.

 

Həmçinin qeyd olunub ki, sözügedən təyinat Azərbaycan XİN başçısının müavini Fariz Rzayevin İsrailə rəsmi səfərindən sonra gerçəkləşdirilib.

 

Azərbaycanın İsraildəki səfirliyinin iki ay öncə verilən qərarla açıldığı və Milli Məclisdə bununla bağlı səsvermə keçirildiyi vurğulanıb.

 

Qeyd edək ki, M.Məmmədovun Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı rəsmi sərəncam dərc olunmayıb.



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər