Ermənistan real addımlar atmır - Ceyhun Bayramov
Tarix: 06-09-2023 | Saat: 15:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
11 130 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-09-2023 | Saat: 15:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmır”.
Qarabaqinfo.az xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 6-da xorvatiyalı həmkarı Qordan Qrliç Radmanla görüşdə səsləndirib.
Bildirilib ki, görüş çərçivəsində regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükədizliyə təhdid yaratdığı bildirilib.
Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.
Xəbəri paylaş
Digər xəbərlər
9-10-2020, 12:06
Ermənistanın etdikləri onun KTMT-dan çıxarılmasını aktuallaşdırır
29-12-2024, 10:34
Lavrov qəzaya görə Ceyhun Bayramova zəng etdi
22-04-2025, 10:23
Hövsanda evdə partlayış - Ölən və xəsarət alan var
7-07-2023, 11:48
İlham Əliyev Albaniya Prezidentini qarşıladı
27-08-2026, 22:03
Saat neçədə yatmalısınız? –Səhər yorğun oyananlara mütəxəssis məsləhəti
18-01-2022, 23:11
Tahir Kərimli iddialara cavab verdi: “Nəslimdə ən imkanlısı da, ən vəzifəlisi də mənəm”
24-07-2024, 19:49
ABŞ qoşunlarının bir qismini İraqdan çıxarmağa razılıq verib


















