Saytımızı qiymətləndirin


 
 

Gədəbəydə tələbələri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var
Tarix: 09-06-2022 | Saat: 22:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.

Qarabaginfo.az-ın məlumatına görə, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cu il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, yaralılar arasında tələbələr də var.

Faktla bağlı araşdırmalara başlanılıb.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər