Saytımızı qiymətləndirin


 
 

Milli Məclis üzvü: “Azərbaycan-Türkiyə-Gürcüstan PA-nın yaradılması gündəmdədir”
Tarix: 30-05-2022 | Saat: 14:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

“Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərarası Assambleyanın (PA) yaradılması gündəmdədir. Bununla əlaqədar çox ciddi addımlar atılır”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, təsisatın yaradılması ilə bağlı məsələ Milli Məclisin sədri Sahibə Qafarovanın aprel ayında Gürcüstana səfəri zamanı da müzakirə olunub: “Üç ölkənin qanunverici orqanlarının bir paltformada fəaliyyət göstərməsi, qanunların qəbulu prosesində iştirakı mühüm əhəmiyyət kəsb edir”.

A.Nağıyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin bu yaxınlarda Şuşada keçirilmiş üçtərəfli görüşündə PA-nın təsis olunması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, üç ölkə parlamentinin xarici əlaqələr komitələri arasında əməkdaşlıq 2014-cü ildə qurulub.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər