"Nə qədər ki, Rusiya amili var, Ermənistanla sülh müqaviləsindən danışmaq mümkün deyil..."
Tarix: 21-10-2022 | Saat: 14:39
Bölmə:Karusel / Region | çapa göndər
1206 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-10-2022 | Saat: 14:39
Bölmə:Karusel / Region | çapa göndər

"Təəssüf ki, ortada həmin Brüssel danışıqlarını poza biləcək Rusiya amili var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu imperiyanın milli maraqlarına ziddir..."
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağını hələ ki, gözləmirəm. Ona görə ki, son Praqa görüşündə Paşinyan Almatı bəyannaməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, təəssüf ki, hələ sözdən əmələ keçilməyib. 10 noyabr üçtərəfli razılaşması ilə əlaqədar götürülmüş öhdəliklər Rusiya və Ermənistan tərəfindən yerinə yetirilmir. Qarabağda Azərbaycanın yurisdiksiyasına qaytarılmamış ərazılər var. Digər problemli məsələlər var. Ola bilər ki, Brüsseldə baş tuta biləcək növbəti görüşdə yeni razılaşmalar əldə edilərsə, delimitasiya, demarkasiya işləri sürətlə yerinə yetirilərsə, Azərbaycanın milli maraqlarına uyğun sülh müqaviləsinin imzalanmasını gözləmək olar".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-ın beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı "Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması nə dərəcədə realdır?" sualını cavablandırarkən ifadə edib.
"Təəssüf ki, ortada həmin Brüssel danışıqlarını poza biləcək Rusiya amili var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu imperiyanın milli maraqlarına ziddir. Nə qədər ki, Rusiya, Putin rejimi Ukrayna savaşında tam məğlub olaraq böyük siyasi güc kimi ortalıqdan çıxmayıb, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasından, bölgədə, o cümlədən Qarabağ torpaqlarımızda sabitlik yaranmasından danışmaq mümkün deyil..." deyə açıqlamasının davamında analitik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
9-03-2023, 12:57
Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb
14-10-2025, 19:52
XİN başçısı: Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır
17-12-2021, 12:43
Yağın qiymətinin artmaması məqsədilə qərar qəbul edildi
11-10-2022, 19:08
Prezident: Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar
28-02-2022, 12:53
Kiyevdə ərzaq dükanları tədricən açılır
13-08-2021, 12:53
Evinə 100 nəfərdən çox qonaq çağıran cərimələndi - Fotolar
3-09-2024, 11:32
“Afrika qitəsi Çin diplomatiyası üçün prioritetdir”- Sİ CİNPİN
7-07-2023, 11:37
Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara 11 il 6 ay həbs cəzası verilib
25-09-2025, 17:06
Fransanın sabiq prezidenti Sarkozi 5 il azadlıqdan məhrum edilib
6-06-2022, 23:29
"Norway Chess": Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzub


















