Ana Sayfa > Karusel / Region > "Nə qədər ki, Rusiya amili var, Ermənistanla sülh müqaviləsindən danışmaq mümkün deyil..."
"Nə qədər ki, Rusiya amili var, Ermənistanla sülh müqaviləsindən danışmaq mümkün deyil..."21-10-2022, 14:39. Yazar: Admin |
"Təəssüf ki, ortada həmin Brüssel danışıqlarını poza biləcək Rusiya amili var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu imperiyanın milli maraqlarına ziddir..."
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağını hələ ki, gözləmirəm. Ona görə ki, son Praqa görüşündə Paşinyan Almatı bəyannaməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, təəssüf ki, hələ sözdən əmələ keçilməyib. 10 noyabr üçtərəfli razılaşması ilə əlaqədar götürülmüş öhdəliklər Rusiya və Ermənistan tərəfindən yerinə yetirilmir. Qarabağda Azərbaycanın yurisdiksiyasına qaytarılmamış ərazılər var. Digər problemli məsələlər var. Ola bilər ki, Brüsseldə baş tuta biləcək növbəti görüşdə yeni razılaşmalar əldə edilərsə, delimitasiya, demarkasiya işləri sürətlə yerinə yetirilərsə, Azərbaycanın milli maraqlarına uyğun sülh müqaviləsinin imzalanmasını gözləmək olar".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-ın beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı "Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması nə dərəcədə realdır?" sualını cavablandırarkən ifadə edib.
"Təəssüf ki, ortada həmin Brüssel danışıqlarını poza biləcək Rusiya amili var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu imperiyanın milli maraqlarına ziddir. Nə qədər ki, Rusiya, Putin rejimi Ukrayna savaşında tam məğlub olaraq böyük siyasi güc kimi ortalıqdan çıxmayıb, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasından, bölgədə, o cümlədən Qarabağ torpaqlarımızda sabitlik yaranmasından danışmaq mümkün deyil..." deyə açıqlamasının davamında analitik vurğulayıb.
Geri dön |