Saytımızı qiymətləndirin


 
 

Allahşükür Paşazadə bu gün Portuqaliyaya gedir
Tarix: 14-05-2024 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Allahşükür Paşazadə bu gün Portuqaliyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Portuqaliyaya səfər edəcək. O, mayın 14-16-da “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Lissabonda keçiriləcək KAICIID 2024 Qlobal Forumunda iştirak və çıxış edəcək.

 

Bu barədə Qarabaqinfo.az-a İdarədən məlumat verilib.

 

Bildirlib ki, səfər KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi Zuheyr Alharsinin dəvəti əsasında həyata keçirilir.

 

Qlobal forumun nəzərdə tutulan məqsədi BMT-nin 2030-cu il gündəliyində təsbit edilən insan ləyaqətini təsdiq etmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.

 

QMİ sədri Şeyxülislam A. Paşazadə KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

 


Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər