Saytımızı qiymətləndirin


 
 

Müharibə dövründə Ukraynada 851 uşaq xəsarət alıb
Tarix: 27-11-2022 | Saat: 12:15
Bölmə:Karusel / Manşet | çapa göndər

Müharibə dövründə Ukraynada 851 uşaq xəsarət alıb

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində 440 uşaq həlak olub, 851 uşaq yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

 

“27 noyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində Ukraynada 1291-dən çox uşaq zərər çəkib. Prokurorların rəsmi məlumatına görə, 440 uşaq ölüb, 851-dən çoxu yaralanıb”, - məlumatda deyilir.

Məlumatlar yekun deyil, çünki onların aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti olaraq ələ keçirilən və azad edilmiş ərazilərdə qurulması istiqamətində işlər davam edir.

Uşaqlar ən çox Donetsk vilayətində - 424, Xarkovda - 266, Kiyevdə - 117, Nikolayda - 77, Zaporojyedə - 76, Xersonda - 70, Çerniqovda - 68, Luqanskda - 64, Dnepropetrovskda - 33 nəfər yaralanıb.

Noyabrın 26-da Dneprə raket hücumları nəticəsində 17 yaşlı yeniyetmə yaralanıb.

Həmin gün Xerson vilayətinin Çernobaevka məntəqəsini rus qoşunlarının atəşə tutması nəticəsində 10 yaşlı uşaq yaralanıb.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər