Saytımızı qiymətləndirin


 
 

Daşınmaz əmlak bazarı ilə bağlı bahalaşma ANONSU VERİLDİ
Tarix: 27-12-2022 | Saat: 13:47
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Daşınmaz əmlak bazarı ilə bağlı bahalaşma ANONSU VERİLDİ

 

Yola salmaqda olduğumuz il Rusiya-Ukrayna müharibəsi fonunda dünyada və Azərbaycanda daha çox bahalaşma ilə yadda qalmaqdadır. Qiymət artımı yaşanan sahələrdən biri də daşınmaz əmlak bazarı oldu. Belə ki, ekspertlərin ilin əvvəlində qiymətlərin artacağı ilə bağlı verdiyi proqnoz özünü doğrultdu. Təkrar və ilkin mənzil bazarında 25% bahalaşma müşahidə olundu. Kirayə mənzil bazarında da qiymət artımı yaşandı.

 

Bəs, gələn illə bağlı proqnozlar nələrdir?

 

Qarabaginfo.az xəbər verir ki, mövzu haqqında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Modern.az-a danışıb.

 

 

Ekspert bildirib ki, gələn il daşınmaz əmlak bazarında həm aktivlikdə, həm də qiymətlərdə artım müşahidə olunacaq:

 

“Ölkədəki inkişaf alqoritmi, miqrasiyanın artma dərəcəsi, həm də region ölkələrində baş verən hadisələrə əsasən qiymətlərin artacağını deyə bilərik. Dünya maliyyə sistemində, siyasi arenada baş verənlər onu göstərir ki, qiymət artımı qaçılmaz olacaq. Qiymətlər il ərzində ortalama 8%, aktivlik isə 4% artacaq”.

 

N.İbrahimov onu da qeyd edib ki, təkrar mənzil bazarında qiymət artımı daha çox müşahidə ediləcək:

 

“İlkin mənzil bazarında həm ötən il, həm də bu il kifayət qədər artım olub. Bu səbəbdən də təkrar mənzil bazarında bu il artımı görəcəyik. Əhali artımı, tikinti üçün mövcud olan torpaqların məhdud şəkildə istifadə edilməsi mənzil qiymətlərini sürətlə artırır”.

 

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən qüvvədə olan qaydaya əsasən bina tikintisi ilə məşğul olan şəxslər artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər, yalnız gəlir və ƏDV vergisi ödəyirlər.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər