Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.
Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.