Tarix: 29-01-2024 | Saat: 11:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Almaniyada maşınistlər tətili vaxtından əvvəl dayandırıblar.
Qarabaqinfo.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, tətil təşkilatçısı, Alman maşinistlər həmkarlar ittifaqı GDL-nin saytında bu barədə məlumat dərc edilib.
Verilən məlumata görə, "Deutsche Bahn" konserni blokada mövqeyindən əl çəkib və işçilərin əsas tələbləri ilə bağlı danışıqlara yazılı razılıq verib.
Tətil planlaşdırılandan tez başa çatıb: sərnişindaşıma sektorunda yanvarın 29-da saat 2.00-da, yükdaşıma sektorunda isə yanvarın 28-də saat 18.00-da. Yanvarın 24-nə keçən gecədən etibarən nəqliyyatın əhəmiyyətli hissəsi işləməyib.
Bu, il ərzində ikinci tətil olub. "Deutsche Bahn" tam əmək haqqını saxlamaqla sürücülərin iş həftəsini indiki 38 saatdan 35 saata endirməyə razı olmayıb.
Digər xəbərlər