Tarix: 17-12-2022 | Saat: 13:49
Bölmə:Karusel | çapa göndər
Ukrayna ordusu 2023-cü ilin fevralında Belarus ərazisindən Rusiya qoşunlarının yeni mümkün hücumuna hazırlaşır.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın Cənub Əməliyyat Komandanlığının komandanı general-mayor Andrey Kovalçuk deyib.
O qeyd edib ki, Ukrayna hərbçiləri müəyyən əraziləri minalayaraq etibarlı müdafiə hazırlayıblar:
“Biz fevralın sonunda, bəlkə də daha sonra Belarusdan mümkün hücumu nəzərdən keçiririk".
Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri yalnız onlara yeni Qərb silahları göndərildiyi təqdirdə cavab verə biləcək:
“Bizə hücum silahı, pulemyot, mərmi yox, daha çox kollektiv silah - kasetli döyüş sursatları lazımdır. Əminik ki, bu işdə bizə qələbəmizi istəyən tərəfdaşlarımız yardım edəcəklər. Bizə həm də tanklar və təyyarələr lazımdır. Ən azı 95% effektivliyə malik etibarlı hava hücumundan müdafiə sisteminə də ehtiyacımız var”.
Digər xəbərlər