Ana Sayfa > Karusel > Rusiya bu istiqamətdən Ukrayanaya hücuma hazırlaşır
Rusiya bu istiqamətdən Ukrayanaya hücuma hazırlaşır17-12-2022, 13:49. Yazar: Admin |
Ukrayna ordusu 2023-cü ilin fevralında Belarus ərazisindən Rusiya qoşunlarının yeni mümkün hücumuna hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın Cənub Əməliyyat Komandanlığının komandanı general-mayor Andrey Kovalçuk deyib. O qeyd edib ki, Ukrayna hərbçiləri müəyyən əraziləri minalayaraq etibarlı müdafiə hazırlayıblar: “Biz fevralın sonunda, bəlkə də daha sonra Belarusdan mümkün hücumu nəzərdən keçiririk". Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri yalnız onlara yeni Qərb silahları göndərildiyi təqdirdə cavab verə biləcək: “Bizə hücum silahı, pulemyot, mərmi yox, daha çox kollektiv silah - kasetli döyüş sursatları lazımdır. Əminik ki, bu işdə bizə qələbəmizi istəyən tərəfdaşlarımız yardım edəcəklər. Bizə həm də tanklar və təyyarələr lazımdır. Ən azı 95% effektivliyə malik etibarlı hava hücumundan müdafiə sisteminə də ehtiyacımız var”.
Geri dön |