Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Moskva səfəri çərçivəsində KTMT-nin baş katibi Stanislav Zasla görüşüb.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat yayıb.
Tərəflər KTMT-nin cari fəaliyyətinə, Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının icrasına və qarşıdan gələn tədbirlərin qrafikinə istinad ediblər.
Ararat Mirzoyan təşkilatın böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsi üçün davamlı səylərin zəruriliyini vurğulayıb.
Görüş zamanı Stanislav Zas KTMT zonasında təhlükəsizlik vəziyyəti və mövcud çağırışları təqdim edib, KTMT çərçivəsində aparılan danışıqların sənədlərinin razılaşdırılması prosesi barədə məlumat verib.
Həmsöhbətlər KTMT-yə üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən digər regional və beynəlxalq məsələlərə toxunublar.