Tarix: 03-07-2026 | Saat: 19:21
Bölmə:Karusel / Siyasət | çapa göndər
Almaniya NATO çərçivəsində müdafiəyə ayırdığı vəsaitə görə heç bir tərəf qarşısında özünü xəcalətli hiss etmir.
"Reuters"in xəbərinə görə, bunu Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Berlinin əvvəlki müdafiə xərclərini “gülünc” adlandırmasına cavab olaraq deyib.
Mertsin sözlərinə görə, Almaniya qarşıdakı dörd il ərzində müdafiə büdcəsini iki dəfə artırmağı planlaşdırır.
O qeyd edib ki, bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində indiyədək atılmış ən böyük addım olacaq.
Kansler vurğulayıb ki, Berlin təhlükəsizlik təhdidlərini, o cümlədən Rusiyanın fəaliyyətini ciddi qəbul edir və 2029-cu ilə qədər NATO-nun müdafiə xərclərinin ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırılması hədəfinə müəyyən edilmiş müddətdən əvvəl nail olmağı planlaşdırır.
Digər xəbərlər



















