Saytımızı qiymətləndirin


 
 

“Qarabağ”ın qazlaşdırılma proqramı hökumətə təqdim olundu
Tarix: 06-05-2022 | Saat: 13:35
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Azəriqaz” İstehsalat Birliyi Qarabağ ərazisinin qazlaşması ilə bağlı öz proqramını tərtib edib və hökumətə təqdim edib.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

 

Onun sozlərinə görə, Qarabağ ərazisinin qazlaşması ilə bağlı “Azəriqaz” Energetika Nazirliyinin tərkibində olan xüsusi qrup çərçivəsində hərəkət edir. Hazırda konkret ərazilər üzrə layihələndirmə və digər işlər aparılır.

 

“İşlərə nə vaxt start verilməsini gözləyirik. Hazırda işlərin nə zaman başlanacağı ilə bağlı dəqiq tarix yoxdur. Ancaq biz özümüz üçün müəyyən proqram tutmuşuq və bu proqram həm SOCAR-a, həm də dövlətə təqdim olunub. Nə vaxt tapşırıq olarsa, biz başlayarıq” - Ruslan Əliyev vurğulayıb.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər