Saytımızı qiymətləndirin


 
 

Generalın 21 yaşında ölən oğlu ilə bağlı paylaşım etdi - Fotolar
Tarix: 26-02-2025 | Saat: 15:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

generalin-21-yasinda-olen-oglu-ile-bagli-paylasim-etdi

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bir neçə gün əvvəl vəfat edən 21 yaşlı Orxan Qasımovla bağlı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, instaqram hesabında yazan F. Qaraşov vəfat edən gəncin bacısı oğlu olduğunu qeyd edib.

“Dayısının kişi balası, ürəyim, dostum… Həyatımızın ən gözəl hissəsi idin. Mələyimiz, sən həmişə bizimləsən…

Ağsaqqal idin, cəmi 21 ilə sərhədsiz sevgilər, hörmət, dəyərlər və çox yaxşı xatirələr qazandın və yaratdın. Mənim gözəl, nur üzlü balam! Sən məni çox istəyirdin, mən də səni. Ağıllı, tərbiyəli, mədəni, qayğıkeş, yanımcıl balam… Başqa oğul idin! Sözlər aciz və yetərsiz…”, - deyə, Fərhad Qaraşov yazıb.

Qeyd edək ki, Ayxan Qasımov Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir./Qafqazinfo





generalin-21-yasinda-olen-oglu-ile-bagli-paylasim-etdi



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər