Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Tarix: 09-04-2022 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vladimir Putin, İlham Əliyev

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Qarabaginfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların tam şəkildə icrasının, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə üçtərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Prezidentlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini də müzakirə ediblər.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər