Saytımızı qiymətləndirin


 
 

"Rusiya MN ən çox döyüş qabiliyyətli hissə komandirlərini işdən kənarlaşdırır" - ISW
Tarix: 17-07-2023 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər

 
"Yevgeni Priqojinin uğursuz üsyanından sonra Rusiyada hərbi rəhbərlik arasında çəkişmə kəskinləşib, bu da orduda təmizləməyə gətirib çıxarıb..."
 
"Rusiya komandanlığındakı böhran Rusiyanın Ukraynanın cənubunda həlledici əhəmiyyət kəsb edən taktiki hücum əməliyyatları aparmaq imkanlarını pisləşdirəcək..."
 
Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun ən çox döyüş qabiliyyətli hissə və bölmələrindən komandirləri işdən kənarlaşdırır və görünən odur ki, bu səylərini artırır.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
Hesabatda göstərilir ki, bu yaxınlarda 58-ci ümumqoşun ordusunun komandanı general-polkovnik İvan Popovun və 106-cı qvardiya hərbi-desant diviziyasının komandiri general-mayor Vladimir Seliverstovun işdən kənarlaşdırılması bu yaxınlarda digər işdən kənarlaşdırma və həbslərin müzakirəsinə gətirib çıxarıb.
 
O cümlədən, Rusiya mənbələri iyulun əvvəlində Rusiya hərbi komandanlığının Hərbi-Desant Qoşunlarının 7-ci diviziyasının komandiri general-mayor Aleksandr Kornevin işdən kənarlaşdırılması barədə məlumat verib. Həmçinin deyilib ki, Rusiya hakimiyyəti 90-cı tank diviziyasının (xüsusi hərbi əməliyyat) komandanı general-mayor Ramil İbatullini və onun iki müavinini həbs edib. 
 
Hərbi müxbirlərdən biri güman edib ki, Rusiya hərbi komandanlığı Hərbi-Desant Qoşunlarının 31-ci briqadasının komandiri polkovnik Sergey Karasevi işdən kənarlaşdırmağı planlaşdırır. Rusiya mənbələri güman edib ki, Rusiya MN Hərbi-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskinin həbsinə hazırlıq görə bilər.
 
"ISW Seliverstov və Kornevin işdən kənar edilməsinin, habelə İbatullinin həbsinin sübutlarına malik deyil, hərçənd, bu bəyanatlar komandanlıqda dəyişikliklər barədə təsdiq edilən əvvəlki bəyanatlara bənzəyir", - hesabatda deyilir.
 
Analitiklər qeyd edir ki, bu birləşmə və hissələr Ukraynada cəbhənin həlledici sahələrində müdafiə və hücum əməliyyatları aparır.
 
"Döyüş hissələri və birləşmələrini idarə edən komandirlərin işdən kənarlaşdırılması və həbs edilməsi barədə məlumatlar, görünür ki, itaətsizlik halları ilə bağlıdır", - ISW-nin hesabatında deyilir.
 
Bu zaman qeyd edilir ki, komandirlər arasında itaətsizlik onların bəzi əsgərlərinə də sirayət edir. Bu zaman analitiklər qeyd edir ki, Kremlin Rusiya komandanlığına xroniki olaraq etinasız yanaşması, ehtimal ki, Şoyqu və Gerasimovun itaətsizliyin qarşısını almaq və Ukraynada Rusiya ordusuna tam nəzarət etmək cəhdlərinə mane olur.
 
Rusiya komandirləri arasında itaətsizliyin dinamikası həmçinin digər komandirlərini də Rusiya hərbi rəhbərliyinə qarşı daha açıq müqavimətə sövq edə bilər, analitiklər qeyd edir.
 
"Rusiya komandanlığındakı böhran və bunun müvafiq mənəvi nəticələri, ehtimal ki, Rusiyanın Ukraynanın cənubunda həlledici əhəmiyyət kəsb edən taktiki hücum əməliyyatları aparmaq imkanlarını pisləşdirəcək", - ISW qeyd edir.
 
Rusiya ordusunda təmizləmələr - bəlli olanlar
 
Yevgeni Priqojinin uğursuz üsyanından sonra Rusiyada hərbi rəhbərlik arasında çəkişmə kəskinləşib, bu da orduda təmizləməyə gətirib çıxarıb.
 
O cümlədən bu yaxınlarda 58-ci ordusunun komandanı general-mayor İvan Popovun Qərargah rəisi Valeri Gerasimova məruzənin nəticəsi olaraq vəzifədən kənarlaşdırılması barədə məlum olub.
 
Həmçinin rus generalı Sergey Surovikin media məkanından yoxa çıxıb, sosial şəbəkələrdə məlumat verilir ki, o, Moskvada "Lefortovo" istintaq təcridxanasında saxlanılır.
 
Bundan başqa, Rusiyada "Vaqner" üsyanı səbəbindən kəşfiyyat generalları, habelə 15-ə yaxın rusiyalı zabit işdən kənarlaşdırılıb.


Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər