Saytımızı qiymətləndirin


 
 

Bu gün Türkiyə-Ermənistan oyunu var - Matçın başlama saatı...
Tarix: 08-09-2023 | Saat: 11:37
Bölmə:Karusel / İdman | çapa göndər

 

Bu gün Türkiyə-Ermənistan oyunu var - Matçın başlama saatı...

Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək.

Qarabaqinfo.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün əsas diqqət çəkəcək matçlardan biri D qrupunda oynanılacaq - Türkiyə millisi Ermənistanı qəbul edəcək. 
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu arada Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov Türkiyə ilə Avro-2024-ün seçmə mərhələsinin V tur matçı ərəfəsində fikirlərini bölüşüb.

“Bəli, bu oyun bizim üçün həlledici görüşdür. Türkiyə yığmasına qalib gəlsək, final turnirində iştirak edə bilmək şansımızı 90 faiz yaxşılaşdıracağıq. Uduzsaq, finala getmək biletimizi itirəcəyik”.

D qrupuna dörd oyundan 9 xal yığan Türkiyə başçılıq edir. Üç oyundan sonra Ermənistan komandası 6 xalla ikinci pillədə qərarlaşıb. Xorvatiya 2 oyun keçirib və 4 xalla üçüncü pillədə qərarlaşıb.



Xəbəri paylaş

1540 dəfə oxunub.

Digər xəbərlər