Saytımızı qiymətləndirin


 
 

Bayram Beqay: Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır
Tarix: 07-07-2023 | Saat: 16:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bayram Beqay: Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır

“Möhtərəm Prezident Əliyev, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

Albaniya Prezidenti bildirib ki, TAP artıq birləşmiş uğur hekayəsidir: “Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qaz paylayıcı kimi roluna daha çox töhfə verəcək. Mən Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində ölkənin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezidentin Əliyevin bir daha diqqətinə çatdırdım”.

Bayram Beqay qeyd edib ki, Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır: “Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir”.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər