Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
Tarix: 18-06-2026 | Saat: 17:07
Bölmə:Karusel / Kriminal | çapa göndər
333 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-06-2026 | Saat: 17:07
Bölmə:Karusel / Kriminal | çapa göndər
Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib.
Qarabaginfo.az-ın məlumatına görə, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.
Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.
Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.
Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025, 14:49
Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
7-10-2017, 14:44
Azərbaycanda təhlükəli virus yayılıb SOS
28-03-2022, 17:16
“Makarov” satarkən tutuldu
20-04-2021, 11:20
Aqil Abbasın oğlu Polis Bölməsinə rəis təyin olundu
5-02-2026, 20:53
Migel Dias-Kanel: Kuba ABŞ üçün təhlükə yaratmır
28-08-2024, 17:30
Ərdoğan ABŞ səfiri ilə görüşdü
1-03-2019, 10:24
Bakıda tələbələr arasında kütləvi dava - bıçaqlananlar var
11-06-2026, 07:17
İran Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib


















