Tarix: 01-03-2019 | Saat: 10:24
Bölmə:Karusel / Kriminal | çapa göndər
Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb.
"Qarabaginfo" ONA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq metrostansiyasının yaxınlığındakı parkda baş verib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.
Digər xəbərlər