Saytımızı qiymətləndirin


 
 

115 min nəfər dağıntılar altından sağ çıxarılıb - ƏRDOĞAN
Tarix: 27-02-2023 | Saat: 16:37
Bölmə:Karusel | çapa göndər

115 min nəfər dağıntılar altından sağ çıxarılıb - ƏRDOĞAN

 

Zəlzələ bölgəsində 115 min nəfər dağıntılar altından sağ çıxarılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirdiyi mətbuat konfransında bildirib.

 

O deyib ki, zərzələnin dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk günlər Adıyamanda müvafiq tədbirlər görülə bilməyib. Ərdoğan buna görə Adıyaman sakinlərindən halallıq istəyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər
23-10-2023, 15:25 Laçında iclas keçirildi