Tarix: 29-09-2022 | Saat: 10:16
Bölmə:Karusel | çapa göndər
Bakıda küçədə yatan, daha sonra hüquq-mühafizə orqanları tərəfindən tapılan uşaqlarla bağlı müvafiq tədbirlər görülür.
Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, polis tərəfindən aşkarlanaraq saxlanılan azyaşlılarla bağlı iş aparılır: “Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunub. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq həmin valideynlər bundan nəticə çıxarmayıblar”.
Qeyd edək ki, sentyabrın 28-də müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb. Sənətçi videonu Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib.
Digər xəbərlər