Tarix: 13-08-2024 | Saat: 08:13
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ istər Yaxın Şərqdə, istərsə də bütün dünyada terrorun əsas sponsorudur və buna görə BMT-nin digər üzvlərini günahlandırmağa haqqı yoxdur.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin TŞ-də Vaşinqtonun Tehranı guya terrorçuları dəstəkləməkdə ittiham etməsinə cavab olaraq göndərdiyi məktubda deyilir.
Məktubda deyilir: “ABŞ nümayəndəsi BMT Təhlükəsizlik Şurasının ötən həftə Yaxın Şərq üzrə iclası zamanı gündəlikdən kənara çıxaraq İran İslam Respublikasına qarşı bölgədə terroru dəstəkləmək kimi əsassız ittihamlar irəli sürüb. İran İslam Respublikası bu əsassız iddianı, eləcə də ABŞ nümayəndəsinin məsuliyyətsiz davranışını qəti şəkildə rədd edir və qəti şəkildə pisləyir. Aydındır ki, nəinki bögədə hətta bütün dünyada terrorun dəstəkçisi və təbliğatçısı İran yox məhz ABŞ-dır. ABŞ-ın İsrailin sadiq müttəfiqləri olmaqla, soyqırım aktlarını müdafiə etməyə davam etdiyi və günahsız Fələstin xalqına qarşı terror etmək və qırğınlar törətmək üçün İsraili silah-sursatla təmin etdiyi halda İranı nədəsə ittiham etməsi ironik və xəcalət vericidir.”
İranın BMT-dəki Daimi Nümayəndəliyi həmçinin qeyd edib ki, İsrailin 2024-cü il avqustun 10-da Qəzzanın mərkəzində yerləşən əl-Tabiyin məktəbində məcburi köçkünlərə qarşı törətdiyi və uşaq və qadınların da olduğu ən azı 100 günahsız fələstinlinin ölümü ilə nəticələnən hücum ABŞ-ın sarsılmaz dəstəyinin nəticəsidir."
Digər xəbərlər