Saytımızı qiymətləndirin


 
 

Maduro “WhatsApp”-ı Venesuela vətəndaşlarına qarşı casusluqda ittiham edib
Tarix: 27-09-2024 | Saat: 09:47
Bölmə:Karusel / Sosial | çapa göndər

Maduro “WhatsApp”-ı Venesuela vətəndaşlarına qarşı casusluqda ittiham edib

Venesuela prezidenti Nikolas Maduro “WhatsApp” messencerini ölkə sakinləri haqda casusluq məlumatları toplamaqda və daha sonra hazırkı hakimiyyət tərəfdarlarını qorxutmaq üçün istifadə etməkdə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, Maduro bu haqda Silahlı Qüvvələrin 19-cu ildönümü ilə bağlı çıxışı zamanı danışıb.

“Müxalifət “WhatsApp” kimi onlara casus məlumatlarını ötürən mexanizmlərdən istifadə etdib ki, siz mütləq bu məsələləri araşdıracaqsınız”, – deyə Maduro respublikanın silahlı qüvvələrinin rəhbərliyinə müraciət edib.

Maduro bildirib ki, bir çox dövlət işçisi messencer vasitəsilə təhdid mesajları alıb ki, bu mesajlarda onların və yaxınlarının şəxsi məlumatları da var.

“WhatsApp” kimi mexanizmlərdən istifadə edilib, əhali arasında casusluq həyata keçirilib. Bunun nəticəsində bir çox ictimai liderlər təhdid mesajları alıblar”, - deyə Maduro əlavə edib.



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər