Tarix: 22-09-2021 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Polis əməkdaşları tərəfindən qapalı məkanlar və yeraltı piyada keçidlərindəki ticarət obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, növbəti belə tədbir bu gün Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində təşkil edilib.
Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib. Həmin obyektlər və tibbi maskadan istifadə etməyən şəxslər barəsində polislər tərəfindən inzibati protokollar tərtib edilib.
Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət mərkəzlərində sanitar-karantin qaydalarına əməl etməyən 20-yə yaxın şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib. 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün polislər tərəfindən xəbərdarlıq olunub.
Digər xəbərlər