Saytımızı qiymətləndirin


 
 

“Fransa qarımış qıza çevrilib”- Medvedev Makrona cavab verdi
Tarix: 16-05-2023 | Saat: 13:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

“NATO ölkələri primitiv xarici siyasət yürüdür, hər biri Rusiya düşüncəsi ilə oyanır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev bu açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Rusiyanın geosiyasi məğlubiyyəti və vassala çevrilməsi ilə bağlı sözlərinə cavab verib.

“NATO-ya üzv ölkələr hər gün Rusiya düşüncəsi ilə oyanırlar. Əgər həqiqətən də itkilər olubsa, deməli, bunlar NATO-nun XXI əsrdə müstəsna rol oynamaq istəyinə əsaslanan primitiv siyasətindən itkilərdir”, – Medvedev deyib.

Onun sözlərinə görə, Fransa lideri Ukrayna hakimiyyəti ilə ünsiyyətin qurbanı olub.

Medvedev həmçinin Makronun rəhbərliyi altında Fransanın amerikalıların ən azğın şıltaqlıqlarını təmin edən qarımış qıza çevrildiyini də qeyd edib.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər