Saytımızı qiymətləndirin


 
 

Laçından son görüntülər: Yollar açılır - Video
Tarix: 09-08-2022 | Saat: 10:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçından son görüntülər: Yollar açılır - Video İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər.

Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir.

Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.

Dünyanın müxtəlif ölkələrindən gətirilərək qanunsuz olaraq yerləşdirilən ermənilər üçün tikilən evlərin hamısının zahirən oxşarlığı diqqət çəkir. Bu isə heç kimə sirr deyil ki, bu evlər erməni diasporunun çirkli pullarının hesabına inşa olunub. Ancaq önəmli məqam budur ki, Azərbaycanı zorakılıqda ittiham edən Ermənistan siyasi rəhbərliyindən fərqli olaraq Zabuxda yaşayan ermənilər bütün günahı elə separatçılarda görür.

Ərazidə qanunsuz məskunlaşan 200-ə yaxın erməni bu ərazilərin onlara aid olmadığının fərqindədirlər və istəkləri ancaq onlara kompensasiya verilməsi, İrəvana gedəndə küçəyə atılmaqdan xilas olmaqdır.

90-cı illərdə əhalisinin hamısı Azərbaycanlılardan ibarət olan Zabux kəndi nəhayət 30 ildən sonra öz gerçək sahiblərini salamlayacaq.

Onu da qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Laçın koridoruna alternativ yolun çəkilişini Azərbaycan artıq başa çatdırıb və buna görə də ermənilər 5 km enində olan koridor ərazisindəki bütün Azərbaycan torpaqlarını tərk etməyə məcburdurlar.(Yenisabah)

 



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər