Saytımızı qiymətləndirin


 
 

Bakıda 20 avtobusun hərəkətində gecikmələr yaranıb
Tarix: 07-07-2022 | Saat: 09:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

BakuBus — Vikipediya

Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, vahid Dispetçer Xidmətinin məlumatına əsasən 16 müntəzəm marşrut xətti üzrə 20 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Belə ki, Heydər Əliyev prospekti (kənar yol) şəhər istiqamətində 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 15-20 dəqiqə interval müşahidə olunmaqdadır.

Moskva prospekti kənar yol və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən şəhər istiqamətində isə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə gecikmə yaranıb.



Xəbəri paylaş

1180 dəfə oxunub.

Digər xəbərlər