Saytımızı qiymətləndirin


 
 

Şuşa, Kəlbəcər və Laçında gözlənilən HAVA
Tarix: 17-12-2022 | Saat: 13:12
Bölmə:Karusel | çapa göndər

Şuşa, Kəlbəcər və Laçında gözlənilən HAVA

 

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Şuşa, Kəlbəcər və Laçında dekabrın 17-də hava şəraitinin gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

 

Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq.

 

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.



Xəbəri paylaş

124 dəfə oxunub.

Digər xəbərlər