Saytımızı qiymətləndirin


 
 

“Ruslar bizim dostumuzdur” - Çavuşoğlu
Tarix: 16-03-2022 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mövlud Çavuşoğlu: Azərbaycan tarixi ərazilərini geri qaytardı - Yeni Gəncə

Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında əlaqələrin normallaşması üçün əlimizdən gələni edirik.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

“Təəsssüf ki, hələ ciddi nəticə əldə etməmişik. İki ölkə arasında əlaqələrin normallaşması bizim üçün vacibdir. Çünki ikisi ilə də ciddi əlaqələrimiz var. Ruslar bizim dostumuzdur, ümid edirik ki, düzgün nəticə əldə ediləcək. Diplomatik nəticəyə hələ ümidimiz ölməyib. İki tərəflə əlaqələr qururuq. Önümüzdəki günlərdə Ərdoğan və Putinin telefon danışığı gözlənilir. Eyni zamanda Ukraynadan 15 min vətəndaşımızı Ukraynadan çıxarmışıq. Bunların yarısı Rusiya üzərindən olub. Ona görə də Rusiyaya təşəkkür edirik”, - Çavuşoğlu çıxışında vurğulayıb.



Xəbəri paylaş

217 dəfə oxunub.

Digər xəbərlər