Saytımızı qiymətləndirin


 
 

Mövlam Şixəliyev 12 il azadlıqdan məhrum olunub - YENİLƏNİB
Tarix: 21-09-2022 | Saat: 10:55
Bölmə:Hadisə / Karusel | çapa göndər

Mövlam Şixəliyev

 

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zaminə buraxılmış Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında həbs olunublar.



Xəbəri paylaş

206 dəfə oxunub.

Digər xəbərlər