Saytımızı qiymətləndirin


 
 

Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Tarix: 18-09-2026 | Saat: 21:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Picture background

"Rusiyanın ilin sonuna qədər 300 min nəfəri səfərbər etmək planı yoxdur".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, RTVI-yə açıqlamasında Rusiyanın 2026-cı ilin sonuna qədər orduya 300 min nəfər çağırmağa hazırlaşdığı barədə məlumatları təkzib edib.

“Xeyr. Belə planlar yoxdur”, – Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Bloomberg“ təhlükəsizlik sahəsində çalışan avropalı məmura istinadən Rusiyanın 2026-cı ilin sonuna qədər orduya 300 min nəfər cəlb etməyə hazırlaşdığı barədə məlumat yaymışdı.

 



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər