Saytımızı qiymətləndirin


 
 

Türkiyə Rusiyanı yumurta ilə tam təmin etməyə hazır olduğunu açıqlayıb
Tarix: 13-12-2023 | Saat: 17:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“Türkiyə Rusiyanı yumurta ilə tam həcmdə təmin etməyə hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin rəhbəri İbrahim Afyon bildirib.

“Ümumilikdə 21 türk şirkəti Rusiyaya yumurta tədarükü üçün icazə alıb, üçü artıq tədarükü başlayıb”, – Afyon bildirib.

Bununla belə, o, planlaşdırılan tədarükün konkret həcmini açıqlamayıb.

“Rosselxoznadzor” dövlət monitorinqi çərçivəsində zərərli və qadağan olunmuş maddələrin tərkibində paralel nümunə götürülməklə Türkiyə müəssisələrindən süfrə yumurtalarının idxalına icazə verib. Hökumət bu addımı yumurtanın bahalaşmasından sonra atıb. “Rosstat”ın məlumatına görə, ötən ilin sonundan 2023-cü il dekabrın 4-dək məhsul 42,4 faiz bahalaşıb. Təkcə noyabrın 28-dən dekabrın 4-dək olan həftədə artım 4,4 faiz təşkil edib.



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər