Tarix: 17-11-2022 | Saat: 18:23
Bölmə:Karusel / Manşet | çapa göndər
“Sosial sahədə çox ciddi işlər görülür. Bu sahədə uğurlu islahatlar davam etdirilməlidir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, müharibə veteranlarının müavinətləri artırılmalıdır: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir”.
Siyavuş Novruzov əlilliyin müəyyən olunması ilə əlaqədar anlaşılmazlıq mövcud olduğunu da söyləyib: “Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında anlaşmazlıq var. Ya vahid komissiya yaradılmalıdır, ya da əlilliyin müəyyənləşdirilməsi bir quruma verilməlidir”.
Digər xəbərlər