Ana Sayfa > Karusel / Manşet > Siyavuş Novruzov: Əlilliyin müəyyənləşdirilməsiylə bağlı Səhiyyə Nazirliyi və ƏƏSMN arasında anlaşmazlıq var

Siyavuş Novruzov: Əlilliyin müəyyənləşdirilməsiylə bağlı Səhiyyə Nazirliyi və ƏƏSMN arasında anlaşmazlıq var


17-11-2022, 18:23. Yazar: Admin

Siyavuş Novruzov: “...Seçki Məcəlləsindən çıxarılmalıdır!”

“Sosial sahədə çox ciddi işlər görülür. Bu sahədə uğurlu islahatlar davam etdirilməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, müharibə veteranlarının müavinətləri artırılmalıdır: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir”.

Siyavuş Novruzov əlilliyin müəyyən olunması ilə əlaqədar anlaşılmazlıq mövcud olduğunu da söyləyib: “Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında anlaşmazlıq var. Ya vahid komissiya yaradılmalıdır, ya da əlilliyin müəyyənləşdirilməsi bir quruma verilməlidir”.


Geri dön