Tarix: 11-09-2024 | Saat: 15:53
Bölmə:Karusel / Dünya | çapa göndər
Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistandakı missiyasının direktoru Con Hallelo iki ölkə arasındakı qrant sazişində dəyişiklikləri imzalayıblar.
Qarabaqinfo.az "Armenpress"ə istinadən xəbər verir ki, Nəticədə nəzərdə tutulan hədd iki dəfədən çox artaraq 120 milyon dollardan 250 milyon dollara çatıb.
Həmçinin birgə layihələrin sahələri genişləndirilib. Genişləndirilmiş saziş fəlakət riskinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
“Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığa sadiqliyimizi göstərir. Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik”, - Con Allelo bildirib.
Digər xəbərlər