“Paşinyan Soçidə Rusiya sülhməramlı kontingentinin mandatının uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğunu deyib. Deyir də, ağzına gələni danışır. İnanmıram ki, bizim Prezidentimiz belə bir sənədə imza atsın”.
Qarabaginfo.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat Xankəndində keçirilən aksiyada ermənilərin Azərbaycanın tərkibində yaşamaq istəməmələri barədə səsləndirdikləri etirazlara belə münasibət bildirib: “İstəmirlər, rədd olub gedəcəklər. Onları tutub saxlayacağıq?”
A.Abbas, həmçinin Rusiyanın saxta referendum yolu ilə Xankəndini nəzarət altına almaq istəməsi barədə iddialara da cavab verib: “Rusiya qələt edir, vəssalam”.