Saytımızı qiymətləndirin


 
 

Bank rəhbəri müşavirinin 700 minlik əmlakını ələ keçirən sürücüsünə hökm oxunub
Tarix: 28-10-2022 | Saat: 18:11
Bölmə:Karusel / Manşet | çapa göndər

Bank rəhbəri müşavirinin 700 minlik əmlakını ələ keçirən sürücüsünə hökm oxunub

"Azəriqazbank" ASC-nin rəhbərinin sabiq müşaviri Çingiz Mənsimova qarşı 700 min manatlıq dələduzluq etməkdə ittiham olunan sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən Şahin Fətəliyev 11 il, İlham Qasımov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olan İlham Qasımov məhkəmə zalında həbs olunub.

Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qaldırılmış 700 minlik mülki iddia baxılmamış saxlanılıb.

İttihama görə, Şahin Fətəliyev "Azəriqazbank" rəhbərinin sabiq müşaviri Çingiz Mənsimovun 20 il sürücüsü işləyib. Sabiq bank müşaviri müalicə məqsədilə mütəmadi olaraq xaricə gedib-gəldiyi üçün hüquqi məsələlərlə bağlı Şahin Fətəliyevə etibarnamə verib.

Sonradan Şahin Fətəliyev etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsin mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.

O, qanunsuz yolla ələ keçirdiyi mənzillərdən birini tanışı İlham Qasımov adına rəsmiləşdirilib.

Cinayət əməlinə görə Şahin Fətəliyev və İlham Qasımov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məhkəmənin qərarı ilə Ş.Fətəliyev barəsində həbs qətimkan, İlham Qasımov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər