"Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir". 

 

Qarabaginfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. 



"Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan, qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına). Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə, bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq və onları gələcək qələbələrə ruhlandırmalıyıq".