Saytımızı qiymətləndirin


 
 

"Legiya"nın baş məşqçisi: "Emreli mənə müqaviləni ləğv etmək istədiyini deməyib"
Tarix: 20-12-2021 | Saat: 10:35
Bölmə:Karusel / İdman | çapa göndər

Legiyanın baş məşqçisi: Emreli mənə müqaviləni ləğv etmək istədiyini deməyib

"Mahir Emreli ilə görüşdüm, durumu yaxşıdır. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq".

Qarabaginfo.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Radomyak"a 0:3 hesabı ilə uduzduqları Ekstraklasanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun yüksək keyfiyyətə malik olduğunu bildirib: "Emreli kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib".

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər