Tarix: 27-02-2022 | Saat: 19:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində AN-225 “Mriya” təyyarəsi yandırılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Rabitə Agentliyinin Telegram kanalında məlumat verilib.
“Rusiya qoşunlarının Kiyev yaxınlığındakı Qostomel hava limanına endirdiyi hava hücumu nəticəsində dünyanın ən böyük və güclü təyyarələrindən biri olan Ukrayna istehsalı olan “AN-225 Mriya”nın yandırıldığı barədə məlumat var”, - deyə məlumatda bildirilir.
“Onun bərpası 3 milyard dollardan çox başa gələcək və çox vaxt aparacaq. Ukrayna bütün səylərini göstərəcək ki, bu işlərin haqqını işğalçı dövlət ödəsin”, - məlumatda bildirilir.
Təxmini hesablamalara görə, təyyarənin bərpasına təxminən 5 il vaxt lazım olacaq.
Hadisə ilə bağlı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da özünün tvitter hesabıbda paylaşım edib:
“Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” (Ukrayna dilində “Arzu") idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”.
Digər xəbərlər