Tarix: 13-02-2023 | Saat: 15:50
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna prezidenti Volodimir Zelenski daxili işlər naziri təyin edilmiş İqor Klimenkonu DİN kollektivinə təqdim edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"İqor Klimenko Ukraynanın daxili işlər naziri təyin edilib. O bilir ki, Milli Polisin, Milli Qvardiyanın, Dövlət Fövqəladə Hallar Xidmətinin, Dövlət Sərhəd Mühafizəsi Xidmətinin, Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti bundan sonra da səmərəli fəaliyyət göstərməli, vətənimiz uğrunda mübarizə aparmalıdır. Qələbə üçün.
Onun əsas vəzifələri etibar və hörmət qazanmaqdır. Belə ki, ukraynalı uşaqlar Ukrayna polislərinə etibar etsinlər və özləri polis, milli qvardiya qulluqçusu, xilasedici və sərhədçi olmaq istəsinlər. Vətəndaşlarımız Daxili İşlər Nazirliyinə hörmətlə yanaşsınlar. Və beləliklə, bu qurum hazırda formalaşmaqda olan qüvvələrimizin güclü elementinə çevrilsin", - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Klimenko bu yaxınlarda DİN rəhbəri təyin olunub.(modern.az)
Digər xəbərlər