Tarix: 12-10-2022 | Saat: 23:10
Bölmə:Karusel / Manşet | çapa göndər
İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei son günlər ölkədə baş verən iğtişaşlardan danışıb.
Qarabaginfo.az xəbər verir ki, Xamenei bu məsələyə oktyabrın 12-də Məsləhət Şurasının yeni təyin olunmuş üzvlərini qəbul edərkən toxunub.
Ali dini rəhbər deyib ki, son hadisələri İran xalqının böyük və yenilikçi inkişafının qarşısını almaq üçün düşmənin yöndəmsiz planı adlandırıb.
“Nə qədər ki, xalq İslam quruluşu və dini dəyərlər yolundadır, düşmənlər hiylə qurmaqda davam edəcək və onlara qarşı yeganə çıxış yolu müqavimətdir”.
Son hadisələrdə düşmənin rolu və müdaxiləsinin hər kəsə, hətta qərəzsiz xarici mütəxəssislərə də aydın olduğunu vurğulayan Ayətullah Xamenei "bu məsələlər kortəbii baş vermir, əlbəttə bəzi sahələrdən faydalanmış ola bilər. Lakin düşmənin qara təbliğat, hətta evdə bomba hazırlamaq yollarını öyrətmək kimi hərəkətləri indi hər kəs üçün açıq-aşkardırdır”.
Ayətullah Xamenei daha sonra vurğulayıb ki, son hadisələr hökumət rəsmilərini ölkəni inkişafa aparan əsas vəzifələrdən yayındırmamalıdır.
Məsləhət Şurasının üzvlərini nüfuzlu şəxslər kimi xarakterizə edən ali rəhbər onlara bu məsələlərə kifayət qədər diqqət ayırmağı, düşmənin fitnələrini zərərsizləşdirməyi tövsiyə edib.
Xamenei “Şeytanların şər və bəlaları qarşısında müqavimətimiz bizi dayandırmır, əksinə tərəqqilərimizin əsasını təşkil edir” deyib.
Digər xəbərlər