İlin ikinci Günəş tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından Qarabaginfo.az-a verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb.

*** 13:05

Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.