Saytımızı qiymətləndirin


 
 

Putinlə Tokayev arasında telefon danışığı olub
Tarix: 02-03-2024 | Saat: 15:16
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, Kremlin mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Telefon danışığı zamanı cari ilin 21 fevralında Kazan şəhərində təşkil edilən görüş zamanı aparılan fikir mübadiləsinin davamında ikitərəfli gündəliyin bəzi cari məsələləri müzakirə edilib. Ticari-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan rəhbəri Rusiya Prezidentinin Federal Məclisə müraciətinin dərin məzmunlu və proqram xarakterli olmasını diqqətə çatdırıb.

Tərəflər Rusiya ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyi yüksək qiymətləndirib.



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər